Vaxt.Az

Rusiyaya ikinci nota göndərildi


 

Qətldə günahlandırılan Orxan Zeynalovla görüş tələb olunur

Rusiyaya ikinci nota göndərildi Azərbaycan Rusiyaya ikinci nota göndərib. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı ikinci dəfə nota göndərib. Həmçinin azərbaycan hökuməti Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlayıb. Nota və məktubda Rusiya Xarici İşlər Nazirliyindən Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə şərait yaratmaq tələb olunur.
Xatırladaq ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov Yeqor Şerbakovun qətlində ittiham olunaraq saxlanılıb və bu zaman ona qarşı əməliyyatçıların qəddar davranışlarının videosu mətbuatda yayılıb. Bununla bağlı Azərbaycan tərəfi artıq oktyabrın 17-də birinci dəfə Rusiyaya nota göndərmişdi.

 





20.10.2013    çap et  çap et