Vaxt.Az

«Primakovun sözünə qulaq assaydıq...»


 

Putin: «O, gələcək «ərəb baharı»nın neqativ nəticələrini qabaqcadan görürdü»

«Primakovun sözünə qulaq assaydıq...» Rusiya prezidenti Vladimir Putin hesab edir ki, «ərəb baharı» və onun nəticələri bəzi ölkələrin beynəlxalq hüququn normalarına əməl etməmələri səbəbindən mümkün oldu.

Virtualaz.org bildirir ki, o bunu NTV-nin «Həftənin yekunu» proqramında deyib.

Rusiya dövlətinin başçısı xatırladıb ki, Rusiyanın keçmiş baş naziri, akademik Yevgeni Primakov «gələcək «ərəb baharı»nın neqativ nəticələrini qabaqcadan görürdü».

«Əminəm ki, əgər onda qulaq assaydıq, vəziyyətin inkişafı bəlkə də belə olmazdı», - deyə o vurğulayıb.

Prezidentin sözlərinə görə, onlar hadisələrin inkişafına praktik planda necəsə təsir edə bilməzdilər, çünki həmin hadisələrə təsir etmək imkanları olduqca məhdud idi.

Putin həmçinin vurğulayıb ki, bu həm də dünya siyasi səhnəsindəki bəzi əsas oyunçuların beynəlxalq hüququn normalarına əməl etməmələrinin və daha çox öz geosiyasi maraqlarına üstünlük vermələrinin nəticəsi idi.

 





05.12.2016    çap et  çap et