Rusiyanın Su-33 qırıcı təyyarəsi hazırda Aralıq dənizində, Suriya sahillərində mövqe tutmuş «Admiral Kuznetsov» təyyarədaşıyan gəmisinə enərkən qəzaya uğrayıb və dənizə düşüb.Virtualaz.org xəbər verir ki, bu barədə «İnterfaks» bildirir.
«Təyyarə Suriya səmasında döyüş vəzifəsini yerinə yetirəndən sonra təyyarədaşıyan kreyserə enərkən aerofiniş trosunun qırılması nəticəsində dənizə düşüb» - Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.
Pilot katapultasiya edə bilib. Onun vəziyyəti normaldır. «Rusiyanın gəmi aviasiyası Aralıq dənizində döyüş vəzifələrini yerinə yetirməkdə davam edəcək» - açıqlamada bildirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl MiQ-29 qırıcısı «Admiral Kuznetsov» təyyarədaşıyanına enərkən qəzaya uğramışdı. «Admiral Kuznetsov» Rusiya donanmasını yeganə təyyarədaşıyan gəmisdir. Qərb mətbuatı yazır ki, ruslarda təyyarədaşıyanın göyərtəsinə enib-qalxmaq deyəsən o qədər də yaxşı alınmır.
çap et