Dünya bazarında neft bahalaşmaqda davam edir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, «Brent» markalı neft 2015-ci ilin 24 iyulundan sonra ilk dəfə 55 dolları keçib.Saat 12:45 üçün «Brent» neftinin qiyməti 1,27 faiz artaraq 55,14 dollara çatıb.
Xatırladaq ki, noyabrın 30-da OPEK ölkələrinin Vyana görüşündə neft hasilatının sutkada 1,5 milyon barel azaldılması «qara qızıl»ın bahalaşmasına səbəb olub.
çap et