Sonuncu dəfə təxminən 10 gün öncə ağır cərrahiyyə əməliyyatına məruz qalmış Mirşahin Ağayevin bu tezliklə Bakıya qayıtmasına səbəb haqqında yayılmış şayiələrə son qoymaq istəməsidir. Qeyd edək ki, həmin söz-söhbətlərdə Mirşahinin guya Türkiyəyə dindirilmək üçün aparıldığı bildirilirdi.
Bakıya qayıdışı ilə ANS Şirkətlər Qrupunun vitse-prezidenti bu xəbərlərin şayiə olduğunu nümayiş etdirib.
O, hələ 4 ay əvvəl əməliyyata getməliydi. Amma ANS-in bağlanması telejurnalistin planlarını pozmuşdu.