Hindistanın baş naziri Narendra Modi «Time» jurnalı oxucularının rəyinə əsasən «İlin adamı» seçilib. Strateq.az xəbər verir ki, N.Modi səslərin 19 faizini qazanıb.Onun arxasınca Barak Obama, Donald Tramp və «WikiLeaks»in qurucusu Julian Assanc gəlir.
Onlar oxucu səslərinin 7 faizini alıblar. Mark Zakerberq (2 faiz) və ABŞ prezidentliyinə namizəd Hillari Klinton (4 faiz) da geridə qalıblar. N.Modi Hindistanda bir çox islahatlar və ekologiya üzrə Paris sazişi ilə gündəmdə olub.
Rəsmi olaraq «İlin adamı»nın adı dekabrın 7-də açıqlanacaq.
çap et