Vaxt.Az

Dollar rekord həddə bahalaşdı


 

Mərkəzi Bankda hərrac

Dollar rekord həddə bahalaşdı Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

Mərkəzi Bank xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7339 manat məzənnəsi ilə başlayıb və 1,7369 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Artım 0,17 faiz təşkil edib. 

Dekabrın 7-nə olan yekun məzənnənin artması mümkündür.

Xatırladaq ki, bu bahalaşma dollar/manat münasibətləri fonunda indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

 





06.12.2016    çap et  çap et