«Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. 2017-2018-ci illərdə bir dənə də olsun təmirsiz məktəb qalmayacaq. Təmirsiz məktəblərin hamısı tamamilə sökülüb yerində yenisi tikiləcək. Son illərdə təhsildə islahatların səmərəliliyin yüksəlməsi istiqamətində işlər təsdiqləyir ki, dövlət büdcəsində təhsil, səhiyyə üçün kifayət qədər vəsait nəzərdə tutulub».
Z.Səmədzadə qeyd edib ki, buna baxmayaraq, müəyyən qədər yoxsulluq və işsizlik problemi var:
«Bunun azaldılması istiqamətində işlər görülür. Pensiyalar, əmək haqqı artırılacaq. Bunun üçün iqtisadi fəallıq olmalıdır. İqtisadi fəallığın azaldılmasını nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir».
Komitə sədri daha sonra bank sektorunda olan problemlərdən danışıb:
«Ölkəyə indiyədək 200 milyard manatdan çox investisiya gəlib. Son 2 ildəki vəziyyət narahatlıq doğurur. 700 milyon manatdan çox kredit verilib ki, bu da Ümumi Daxili Məhsulun cəmi 1 faizini təşkil edir. Pul kütləsini artırmalıyıq ki, iqtisadi fəallığı təmin edək. Maliyyə Sabitliyi Şurası problemlərin qaldırılmasına imkan verəcək. Maliyyə bazarı ilə real sektor arasında optimal nisbətin olmasına nail olmalıyıq. Bankların real sektora dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fondu nümunə ola bilər».
Z.Səmədzadə vurğulayıb ki, yaxın gələcəkdə metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur: «Bütövlükdə sənaye strukturu tamamilə dəyişir. Yüngül sənayenin xüsusi çəkisi hazırda cəmi 3 faizdir. Bu müəssisələr sürətlə tikilməlidir ki, normal sənaye strukturuna malik olaq. Bu layihələr hesabına dövlət büdcəsinin maliyyə əsasları möhkəmlənəcək». (azvision.az)