Vaxt.Az

Birinci yol bağlanır


 

«Xətai» stansiyasına gedən sərnişinlərin nəzərinə!

Birinci yol bağlanır Bakı Metropoliteninin «Cəfər Cabbarlı» stansiyasının birinci yolu bağlanacaq. Bu barədə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Məlumatda deyilir:

«Hörmətli sərnişinlər!

07 dekabr 2016-cı il tarixindən etibarən «Cəfər Cabbarlı» stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq. Təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. «Xətai» stansiyasına gedəcək sərnişinlər «Cəfər Cabbarlı» stansiyasının ikinci yolundan istifadə edə bilərlər. 

«Bakı Metropoliteni» QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir!

Qeyd: 2-ci yol «28 May» stansiyasından «Cəfər Cabbarlı» stansiyasına keçərkən soldakı yoldur. Həmçinin «Cəfər Cabbarlı» stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır».

 





06.12.2016    çap et  çap et