Ceyms Mattis tabeliyindəkilərin təkcə ailəsiz olduğuna görə deyil, həm də qədim dövrlərdən, orta əsrlərdən və günümüzə qədər hər şeyi bildiyi üçün «döyüşçü monarx» adlandırdığı subaydır. O, 2013-cü ildə istefaya gedərkən dördulduzlu general və praktik olaraq bütün Yaxın Şərqi əhatə edən ABŞ mərkəzi cəbhəsinin komandanı idi.
Keçmiş generalın nüfuzu tam ləkəsizdir. Əksinə. Məsələn, o, «Quduz köpək» ayamasını ona görə alıb ki, hətta ən ağır məqamlarda da həmişə ancaq həqiqəti deyib. Onun yanlış ifadələri olub və bu, gələcək nazirin seçkiqabağı kampaniyada dedikləri ilə heç bir müqayisəyə gəlmir.
«Adamlara atəş açmaq məzəli işdir»
Məsələn, 2005-ci ildə Əfqanıstanda döyüşlərlə bağlı bir əməliyyatda «adamlara atəş açmaq məzəli işdir» dediyi kimi. Əfqanıstanda döyüşlərin getdikcə daha da amansızlaşdığı bir dövrdə Ağ Evdə xüsusi hərarətlə qarşılanmayan ifadə. Bütün ifadələr sıradakı kimi səslənird:. «Əfqanıstana gəlirsən və sadəcə, yaşmaq vurmadıqlarına görə beş il qadınlara fahişə kimi yanaşan kişilərlə rastlaşırsan. Və bilirsən, bu cür kişilərdə kişilikdən heç nə yoxdur. Buna görə də onlara çox sevinə-sevinə atəş açırsan. Faktiki olaraq sevinclə vuruşursan. Başa düşürsənmi, bu, son dərəcə fərəhli işdir. Düzünü desəm, bir neçə kişiyə atəş açmaq çox yaxşıdır. Yaxşı dalaşmağı sevirəm».
Lakin Mattisin yeganə düşməni onun nitqi deyil. O, həmçinin başqa səhvlər də buraxıb və buna görə onu unutmurlar. Məsələn, sonralar «toy qırğını» kimi tanınan bu hadisə. O, 2004-cü ildə İraqda cəbhə əməliyyatlarında iştirak edən bir zabit kimi İraqın Mukarib şəhərində evə atış açmağı əmr edib. Mattis düşünüb ki, bura terrorçuların sığınacağıdır. Amma səhv etmişdi. Orada toy gedirdi və içində qadın və uşaqların olduğu 42 nəfər qətlə yetirilib. Bu ona, az qala, karyerasına başa gələcək yanlış hərəkət idi. Lakin bu qətllərə baxmayaraq, xeyli digər keyfiyyətlərin sahibi kimi öz postunu qoruyub. O, sonralar əsgərlərə mülki əhali ilə necə davranmağı təlim edərkən öz nitqlərində daha ehtiyatlı olub.
«Özünüzü nəzakətli aparın»
Tez-tez qeyd olunur ki, o, uzun-uzadı çıxışlar edib və əsgərlərinə deyib ki, qəddar müharibəyə baxmayaraq, dəniz piyadası özünü «etikaca nəzakətli» aparmalıdır. Ərəb mədəniyyətini onun zabitlərinə öyrədə biləcək muzdlu adamlar tutmuşdu. Həm də tabeliyindəkilərin saqqal buraxmasını təşviq edib ki, mülki əhalinin kişi qisminə daha çox bənzəsinlər. Bildirib ki, mülki əhali ilə ünsiyyətdə nəzakətli davranmaq lazımdır. Çünki bu cür davranış «Əl-Qaidə» üzərində qələbəyə şərait yaradacaq.
Mattisin özünü çox da ələ almadan çıxış etdiyi başqa vəziyyətlər də olub. Onun siyasi bəyanatları Donald Trampın açıqlamaları kimi həmişə sərt olub. «Quduz köpək» Mattis İsrail çevrələrində ziddiyyətli simadır, çünki məruzələrində məskunlaşma siyasətini kəskin tənqid edib və bildirib ki, israillilər fələstinlilərə münasibətdə özlərini vicdanlı «aparmağa başlamasa», İsrail irqçi dövlət olacaq.
Onun həmçinin prezident Barak Obama ilə də ixtilafları olub – İranın da məsuliyyət zonasına daxil olduğu mərkəzi komandanlığın rəisi kimi Obamanın İrana yanaşmasını kəskin şəkildə tənqid edib və bəyan edib ki, bu ölkə bütün dünyada sülhə ən böyük təhlükədir.
Ehtimala görə, onun mülki həyatda müdafiə etdiyi baxış nöqtəsi buna səbəb olub ki, Trampın diqqətini cəlb edib. Tramp Obamanın atom problemi üzrə İranla bağladığı müqavilənin əleyhdarıdır.
Ancaq düşünməyin ki, Mattis öz düşüncələrində təkdir. Onun böyük tərəfdarlar dəstəsi var ki, bu da demokratik və respublikaçı siyasətçilərin ona sevgisindən xəbər verir. Üç il öncə dinləmələrdə ehtiyata keçdiyinə və vəzifəyə təyin olunmazdan qabaq keçməli olduğu dinləmələrə baxmayaraq, ehtimal ki, dəstək görəcək. Qayda var ki, ordudan istefaya getmiş hərbçilər bu cür vəzifəyə yalnız 7 il keçəndən sonra təyin oluna bilər və o, 65 yaşında müdafiə nazirliyinin başçısı olası ilk general olacaq.
Fəllucə uğrunda döyüş
Mattis bu cür xarizmanın yeganə sahibi deyil. O tutduğu vəzifələrdə özünü diqqətli və iddialı adam kimi göstərib. 1969-cu ildə cavan bir oğlan kimi dəniz piyadasına xidmətə getdikdən sonra vəzifə pilləkəni ilə sürətlə yüksəlib. Xidmət zamanı Fars körfəzi, Əfqanıstan və İraqda dəniz piyadalarının böyük hissələrinə komandirlik etdiyi müharibələrdə iştirak edib.
O, İraqda Fəllucə uğrunda döyüşə rəhbərlik edib və bu döyüş indi dəniz piyadasının tarixində əfsanəvi sayılır, çünki İraqın həmin bölgəsində az-az böyük qələbələrdən biri idi, lakin çox çəkməyib.
Mattisin namizədliyi bəyənilsə, müdafiə naziri kimi silahlı qüvvələrin ali baş komandanı olan prezidentlə birbaşa təmasda olacaq. Mattis yöndəmsiz çıxışlar edir, bununla Trampa oxşayır. Lakin Trampdan fərqli olaraq, savadlı adamdır. Hesab olunur ki, Mattisin çox böyük intellektual qabiliyyətləri var.
Sözsüz ki, Mattis uğurlu seçimdir. Lakin digər keçmiş generalın – Maykl Flinnin təhlükəsizlik məsələləri üzrə müşavir təyin edilməsi ilə konqresmenlərin əksəriyyəti hesab edir ki, bu qədər general artıq kifayətdir.
Siyasi Olimpdə hədsiz dərəcədə çoxlu hərbçilərə malik olmağa üstünlük verilmir. Mattisdən fərqli olaraq Flinnin fiqurası mübahisələr doğurur. Trampın bununla razılaşıb-razılaşmadığını zaman göstərəcək. (strateq.az)