«Reuters» agentliyi və «al-Arabiya» televiziya kanalının məlumatına görə, 2013-cü ildə həbs edilmiş 32 nəfərdən 30-u yerli şiələrdir. Daha bir nəfər iranlı və digəri isə əfqanıstanlıdır.
Onlar Səudiyyə Ərəbistanının hərbi qüvvələri və milli təhlükəsizliyi barədə ciddi və həssas məlumatları İranın kəşfiyyat xidmətlərinə ötürməkdə günahlandırılırlar.
İddialara görə, onlar İran və Livan-da casusluq üsullarını öyrənib, kodlu mesajlar üzrə təlimlərə qatılıb və hətta ayətulla Əli Xamenei ilə şəxsən görüşüblər.