Vaxt.Az

Böyük sahəli evlərdə satış və kirayə ucuzlaşacaq


 

Kiçiklərdə isə bahalaşacaq

Böyük sahəli evlərdə satış və kirayə ucuzlaşacaq Yeni tikililərdə sahəsi geniş olan mənzillərin satış və kirayə qiymətləri ucuzlaşacaq.

Tarif Şurasının son qərarı ilə əhalı qrup üzrə elektrik enerjisinin və qazın tariflərinin differensiallaşdırılması və minimum ehtiyacdan yuxarı olan istehlaka görə qiymətlərin kəskin artırılması mənzil və mülk bazarına da təsirsiz ötüşməyəcək.

Belə ki, yeni tikililərdə və həyat evlərində geniş sahəli mənzillərin satış və kirayə qiymətləri daha ucuzlaşacaq. Buna müvafiq olaraq mərkəzləşdirilmiş istilik sisteminə malik olan köhnə tikili daş binalarda ekonom klass mənzillərin satış və kirayə qiymətlərində bahalaşma müşahidə olunacaq.

Kommunal tariflər həmçinin biznes mərkəzlərdə kirayə haqlarına artırıcı təsir göstərəcək. Mənzil bazarında baş verən qiymət dəyişiklikləri torpaq və tikinti materialları bazarında tələbatın azalmasına gətirib çıxaracaq. Bir sözlə Tarif Şurasının son qərarı tikinti sektorunda tənəzzülü daha da dərinləşdirəcək.

Məlumat üçün qeyd edim ki, 2016-cı ilin yanvar-oktyabr aylarında tikinti sektorunda istehsal keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalıb.

 





07.12.2016    çap et  çap et