Vaxt.Az

Kreml onlayn ərzaq satacaq


 

Məmurların yediyi qida məhsulları hamıya təklif olunacaq

Kreml onlayn ərzaq satacaq Rusiya hökuməti ictimaiyyətə əvvəllər yalnız yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulmuş ləziz yeməklərdən dadmaq şansı verəcək.

Prezidentin mətbuat katibi Yelena Krılova yeni ildə «Kreml Keyfiyyəti» adlı ticarət nişanı altında süd məhsulları satışı üçün internet mağaza açılacağını deyib.

O «Komsomolskaya Pravda» qəzetinə bildirib ki, Prezident Administrasiyası, Dumanın deputatları və onların əməkdaşları üçün xüsusi hazırlanmış «süd, ayran, qatıq və güman ki, pendir» təkcə «məmurlara deyil, hər kəsə təklif ediləcək».

Yüksək çinli Rusiya məmurları hələ də Sovetlərdən qalmış ənənəyə uyğun olaraq - kommunist liderlərinin ictimaiyyətə təklif edilən az keyfiyyətli ərzaqlardan yayınması üçün xüsusi fermaların məhsullarını dadırlar.

Xanım Krılova «Govorit Moskva» radiosuna bildirib ki, qiymətlər «supermarketlərdəkindən çox olmayacaq», çünki hakimiyyət ərzaqların «ictimaiyyətin bütün təbəqələrinə çatmasını» istəyir.

Kreml Keyfiyyəti saytının nümayəndəsi Vedomosti gündəlik biznes qəzetinə deyib ki, məmurlar hələ də bir çox üstünlüklərə, məsələn ərzaqları iş yerindən əldə etməyə malik olacaq, amma ictimaiyyətə yalnız evə çatdırılma xidmət göstərəcək.

Qəzet yazır ki, prezident administrasiyasının 2012-ci ildən ərzaq ticarətinə qoşulmağı düşünüb. Belə ki, həmin vaxt «Kreml Dələsi» adlı şokoladlar və digər süd məhsulları bazarı yoxlamaq üçün bəzi mağazalarda peyda olub.

Hadisəyə onlayn reaksiya daha çox yumoristik olub. Bir nəfər deyib ki, o ikibaşlı qartallı xaç rəmzi altında şam yeməyi xidmətinin göstərilməsinə etiraz etməzdi, digərləri isə liderlərin hələ də yüksək keyfiyyətli ərzaqlara eksklüziv çıxışının olmasından qıcıqlanıblar.

Bəzi insanlar Sovet liderləri üçün Moskva Kristal Zavodunda istehsal edilən içkiləri sevgi ilə anaraq araq təklif olunub-olunmayacağı ilə maraqlanıb. Bu sualla bağlı xanım Krılova «Komsomolskaya Pravda»ya belə cavab verib:

«Düşünürəm ki, bazarda kifayət qədər spirtli içkilər möcvuddur».

 





07.12.2016    çap et  çap et