Şəhər Şurasının dekabrın 4-ü günortadan sonra keçirdiyi iclasda Şura üzvləri Təbriz komandasına 200 milyon tümənlik yardım layihəsini təsdiqləməyib.
Təbriz Bələdiyyəsinin «Traktor» klubuna növbədənkənar yardım layihəsi ötən həftə Şura üzvləri tərəfindən rədd edildikdən sonra Şəhər Şurasının Mədəniyyət Komissiyasına göndərilmişdir. Lakin layihə bazar günü ikinci dəfə olaraq Şura üzvləri tərəfindən rədd edilib.
Məlumata görə, «Traktor» klubuna, keçmiş oyunçusu portuqaliyalı futbolçu Flavio Lopezə borclu qaldığı üçün ciddi xəbərdarlıq edilib, artıq problemlə əlaqədar klubun hesabından bir neçə xal (imtiyaz) silinə bilər. İran hökuməti isə idman klublarına münasibətdə ayrı-seçkilik edir və ən çox maliyyə yardımını fars bölgələrinin klublarına ayırır.