«İnzibati Komitə super liqa yarışlarının 12-ci həftəsində «Traktor»la «Pədidən»in oyunu haqda qərar çıxarıb. «Traktor» klubu 79-cu maddənin 3-cü bəndinə əsasən 80 milyon rial məbləğində cərimə ödəməyə məhkum edilib»- deyə Futbol Federasiyasının rəsmi saytında bildirilib.
Hökmdə qeyd olunub ki, «Traktor» tərəfdarları oyunun 91-ci dəqiqəsində hakimə qarşı xoşagəlməz ifadələr işlədiblər.
Qeyd edək ki, «Traktor»la Məşhədin «Pədidə» komandaları dekabrın 2-də «Traktor» klubunun xüsusi stadionunda qarşılaşıb. 1:1 bərabər hesabla sona çatan görüşdə Azərbaycan komandasının tərəfdarları hakimin ədalətsiz qərarlarına etiraz ediblər.