AzVision.az xəbər verir ki, deputat bəzi məktəblərdə istilik sisteminin işləmədiyini deyib: «Azərbaycanda məktəblər inşa olunur və istilik sistemi qurulur. Amma bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuqda dərs öyrənməli olur. Bu problem öz həllini tapmalıdır».
Xanım deputat valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasını təklif edib.
«Bu gün ölkədə «qara bazar» tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq «qara bazar»da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpasını təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə məntəqələri niyə qapadıldı? Axı bununla həm peşəkarlar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı. Valyutadəyişmə məntəqələrinin ləğvi turizm sektoruna da öz mənfi təsirini göstərir. Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir».