İmtahanlar Kürdəmir Olimpiya İdman Kompleksində keçirilir. Kürdəmir rayonundan coğrafiya müəlliməsi Xəyalə Veyisova maksimum 60 bal toplayaraq ən yüksək nəticə göstərib.
Qeyd edək ki, Kürdəmirlə yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verir.
Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılıblar.