Milli Məclisin bu gün keçirilən iclasında «Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxış üçün vaxt azlığından şikayətlənib.Modern.az-ın xəbərinə görə, bunun ardınca Z.Oruc şəhid ailələrinə verilən müavinətlərin ailə üzvləri arasında bölünməsi ilə bağlı narahatlığını ifadə edib: «Şəhid ailələrinə 220 manat müavinət verilir. Bu vəsait qayınata, qayınana və şəhidin həyat yoldaşı arasında bölünür. Bununla da, şəhid ailəsinə düşən vəsait azalır. Təklif edirəm ki, bu vəsait şəhidin həyat yoldaşına verilsin».
çap et