Vaxt.Az

Dieta saxlamanın 5 qanunu


 

Nələrə diqqət etməli?

Dieta saxlamanın 5 qanunu Artıq kilolardan xilas olmanın yolları,necə arıqlayım? Tez arıqlamağın yolları.
1. Niyə ara yemək yeyilməlidir?
Araşdırmalara görə 3 ana və 3 ara yemək olacaq şəkildə gündə 6 dəfə yeməyi prinsip halına gətirmək,kilo kontrolu və sağlamlıq üçün olduqca vacibdir. 3 saatdan çox ac qalmaq olmaz. Çünki uzun müddət ac qalmaq metabolizmanı yavaşladır. Ana yeməklərin (yəni səhər yeməyi,nahar və şam yeməyi) ara yeməklərlə (qəlyanaltı) dəstəklənməsi, metobolizmanı artırır, beləliklə kilo vermə sürəti və qan şəkərini də normada saxlayır. Bu da tez doymanıza səbəb olacaq. Belə etsəniz növbəti yemək vaxtında daha az acacaq və təbii ki, az yeyəcəksiniz. 
2. Kilo vermək üçün dərman maddələri istifadə etmək doğrudurmu?
Hər bir şey üçün bunu söyləmək yanlış olardı. Hər bir dərman həbləri mütləq həkim kontrolunda alınmalıdır. Bu həblər morbit obez olaraq adlandırılan Bədən Kütlə İndeksi 3039,9 arasında və ya 40 yaş və ya daha çox yaşda olan birinə uyğun diyeta müalicəsi ilə yanaşı olaraq endokrinoloqun nəzarətində verilə bilər. Burda genetik vəziyyət əhəmiyyət daşıyır. Bütün analizlər edilir,xəstənin yaşına,başqa xəstəliklərinin olub-olmadığına baxılır. Çünki bu həblərin əks təsirləri çoxdur. Köklüyün sağlamlığa zərər vuran səbəbləri araşdırılmadan ,artıq kiloların miqdarı qiymətləndirilmədən, istəyə bağlı arıqlamaq istədikdə dərman istifadə etmək məsləhət deyil. 
3. Artıq çəkidən həmişəlik xilas olmaq mümkündürmü?
Bəzi insanlar artıq kilolarını qısa müddətdə atmağı planlayırsa bu kilolardan birdəfəlik,qalıcı olaraq qurtarmaq mümkün deyil,çünki qısa müddətdə arıqlamaq ilk vaxtlar üz güldürən olsa da gedən su və əzələ itkisidir. Çox aşağı kalorili diyetaların: baş ağrısı, görmə pozğunluğu,əsəbilik,yorğunluq,ürək bulanma,qəbzlik,safra və böyrək daşı,qan təzyiqinin aşağı düşməsi,aybaşı pozğunluqları,quru dəri,saç tökülməsi ,metabolism sürətində azalma kimi yan təsirləri olduğunu unutmamalıdır. Qalıcı olaraq kilo vermək təbii ki,mümkündür. Sabit və sağlam bir dieta,davamlı idman və yaşam tərzində dəyişiklik qalıcı kilo vermənin qızıl
açarıdır. Ciddi kilo problem olan insanlar üçün dieta saxlamaq bir müddət sonra bezdirici bir hala gələ bilər. Bunun üçün də diyetada çeşidlilik və motivasiya ən böyük yardımçı olacaq. Diyetada bacarıqsızlıq yoxdur,vaz keçmək vardır. Bacarıqlı olmaq üçün iradəli olmaq lazımdır. 
 
4. Stress kilo almağa səbəb olarmı?
Araşdırmalara görə,stress dövründə yağ depolama arta bilər. Stresslə mübarizə aparmağa öyrənməyə çalışın və bədəninizə yaxşı baxın. Çiddi idman hərəkətləri sevmirsinizsə yoqa və ya massajı sınayın,çünki düzənli bir qan şəkəri səviyyəsi depressiya və yorğunluqla mübarizənizin olmazsa olmazıdır. Qan şəkərinizin düşmə ehtimalı varsa və hipertonik təzyiqiniz tez-tez qalxırsa dieta planınıza xüsusi diqqət göstərməlisiniz. 
Dieta saxlamanın 5 qanunu var. 
1. Bu dieta sizin üçünmü yazıldı?
2. Yazılan dietada marketinizdə tapılan şeylərmi yazılıb, yoxsa adını belə eşitmədiyiniz yemək adlarımı var?
3. Büdcənizə uyğundurmu?,ömür boyu bu dietanı tətbiq edə bilərsizmi?
4. Zərərli olsa belə ən sevdiyiniz yeməklərə az miqdarda yer verilibdirmi?
5. Bütün bunlara əməl olunaraq dietaya başlasanız sağlam və qalıcı bir nəticə əldə edəcəksiniz.
 





17.10.2013    çap et  çap et