Vaxt.Az

«Münaqişənin çox təhlükəli...»


 

ATƏT sədri aprel döyüşlərindən danışdı

«Münaqişənin çox təhlükəli...» «Aprel ayında təmas xəttində baş verən hadisələr Dağlıq Qarabağ münaqişənin nə dərəcədə təhlükəli olduğunu göstərdi». Modern.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqdakı iclasında deyib.

Eyni zamanda ATƏT sədri səlahiyyətlərini də icra edən Ştaynamyer Qarabağ hadisələrinin ATƏT üçün önəmli olduğunu deyib. 

«Aprelin əvvəllərində biz yeni gərginlik nümunəsi gördük. Bu münaqişənin təhlükəli olduğunu, atəşkəs rejiminin qorunmasının vacibliyini və danışıqlar prosesinin davam etdirilməli olduğunu göstərir».

Ştaynmayer ATƏT-in bu münaqişədə humanitar missiyasının da artırılmasının vacib olduğunu deyib.

 





08.12.2016    çap et  çap et