Vaxt.Az

500 min il əvvəl 1 ildə 400 gün olub


 

Bəs ay məhv olsa, Yerdə nələr baş verəcək?

500 min il əvvəl 1 ildə 400 gün olub Ayın yox olmasının digər bir əhəmiyyətli ola biləcək təsiri də, kosmosun dərinliklərindən Yeri təhlükə altına qoya biləcək göy cisimlərindən bizi qismən qorumasıdır. Ancaq bu, bütün astronomlar tərəfindən güclü təsir olaraq qarşılanmır, çünki Yer, Aydan ölçüyə görə təxminən 4 dəfə, həcm olaraq təxminən 50 dəfə, səth sahəsi olaraq 14.5 dəfə, kütlə olaraq 81 dəfə nəhəngdir. Dolayısı ilə bir meteoritin Yerlə toqquşma ehtimalı, Ayla toqquşma ehtimalından çox yüksəkdir. Yenə də, Ayın qoruyucu təsirini müdafiə edən elm insanları, göy daşlarının istiqamətlərini dəyişmək üçün faydaları olduğunu düşünürlər.

500 min il əvvəl 1 ildə 400 gün olub

Bəs ay məhv olsa, Yerdə nələr baş verəcək?

Əgər Dünyanın 4.5 milyard illik bütün varlığını 24 saata kimi sadələşdirmiş olsaydıq (Yerin yaranması da 0 nöqtəsi olsaydı) deyə bilərdik ki,  Ay, Yerin yaranmasından yalnız 10 dəqiqə sonra mövcud olub. Digər bir sözlə Ay, Yerin yaranmasından sadəcə 30 milyon il sonra yaranıb. O zamanlar Dünya tam bir maqma okeanı idi və ən böyük hipotezə görə Mars böyüklüyündə bir göy cisminin Yerlə maili bir bucaqla toqquşması nəticəsində bu maqma təbəqəsindən nəhəng bir kütlə Yerdən qoparaq orbitə səpələndi və Ayı yaratdı.  Yer də, Günəşin orbitindəki toz və daşların birləşməsi ilə zaman içərisində yaranmış adi bir planetdir.

Ay ilk yarananda Yerə olduqca yaxın idi: 25.000 kilometr qədər uzaq (hazırda 384.400 kilometr məsafədədir). Əgər bu gün də o məsafədə olsaydı, bu anda Ayı göy üzündə gördüyümüzdən 10-20 dəfə böyük görməliydik. Təəssüf ki, Ayın bu qədər yaxın olduğu dövrlərdə planetimiz üzərində həyat yox idi və buna görə də, bu gözəl mənzərəyə kimsə şahid olmadı.

Ayın varlığının ən mühüm və əsas nəticələrindən biri, Yer səthinin temperaturu ilə bağlıdır. Qabarma-çəkilmə təsiri kimi bilinən fiziki təsir, bir cismin başqa bir cismə olan yaxınlığının kubu ilə əlaqəlidir. Bu səbəbdən Ay Yerə bu qədər yaxında olarkən, yüksək bir cazibə qüvvəsi yaradırdı.

Həmçinin o zamanlar Ay hələ də çox isti idi və yəqin ki, aradakı qısa məsafədə verdiyi istiliyə görə planetin səthini isti saxlayırdı. Buna görə də həyatın başlanğıcı məsələsində əhəmiyyətli təsirləri olmuş ola bilər. Ancaq sonra Ay, zamanla planetimizdən uzaqlaşaraq  (hazırda, hər il 3.8 santimetr qədər uzaqlaşır) və soyuyaraq bu təsirini tamamilə itirib.

Ay anidən yox olsa nə baş baş verər?

Ani bir təsiri olmazdı. Sadəcə, gecələrimiz daha qaranlıq olar və göydəki gözəl bir görüntüdən məhrum qalardıq. Ancaq yox, bunun təsirləri zamanla ortaya çıxmağa başlayardı. Ən qısa zamanda yaranacaq təsir, qabarma-çəkilmənin bu gün olduğundan daha zəif olması olardı. Çünki Ay, Yer üzündəki bu prosesə səbəb olan qüvvələrin 3-də 2-nə səbəb olur. Bunun necə təsir edəcəyini bir anda anlamaya bilərsiniz. Ancaq dəniz həyatı üçün qabarma-çəkilmə çox böyük əhəmiyyətə malikdir. Hətta bir çox quruda yaşayan canlının belə həyat şəraiti qabarma-çəkilməyə uyğun olaraq təkamül keçirib. Beləliklə, qabarma-çəkilmə hərəkətlərindəki bu qədər ani bir dəyişiklik, bir çox növün sonunu gətirməyə səbəb olacaq.

Bundan başqa Ayın fiziki təsiri, Yerin sabit olan 23 dərəcəlik meyilini qoruyur. Ay birdən yox olsa, Yer zamanla bu meylinin dayanıqlığını itirəcək və belə demək olarsa,«yellənməyə» başlayacaq. Məsələn, Marsın belə bir tarazlayıcısı yoxdur və meylliyi bu səbəblə 15 dərəcə ilə 35 dərəcə arasında gedib gəlir. Bu da, Mars səthindəki mövsümlərin müddətlərinin davamlı olaraq dəyişməsinə səbəb olur. Bu da həyat üçün yıxıcı təsirə səbəb olacaq.

Ayın yox olmasının digər bir təsiri, planetimiz üzərindəki əhəmiyyətli bir qüvvə amilinin ortadan qalxmasına görə yaranacaq fəallıqlardır: Zəlzələlər və vulkanik fəaliyyət. Ancaq bunlar zamanla azalacaq və normal hala gələcək.

Ayın yox olmasının ən müzakirə olunan təsirlərindən bir, Yerin Günəş ətrafındakı orbitinin dəyişməsi olacaq. Ay və Yeri bir növ «qardaş göy cisimləri» hesab etmək olar. Bir-birinə cazibə qüvvəsi tətbiq edərək dönürlər və bu ikili sistem, bir yerdə Günəşin ətrafında dönür. Bu səbəbdən Ay ortadan qalxsa, Yer üzərindəki əhəmiyyətli bir qüvvə ortadan qalxmış olar. Və Günəş ətrafındakı orbitimiz, Ayın ortadan qalxdığı andakı Yer və Ay mövqelərinə görə dəyişməyə başlaya bilər. Amma bu dəyişikliyin miqdarı tam olaraq bilinmir. Bəzi tədqiqatçılar, Ayın yox olmasının Yerin orbitinə demək olar ki, heç bir təsir göstərməyəcəyini deyəndə, bəziləri əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyini iddia edirlər. Buna görə də bu barədə dəqiq bir şey demək mümkün deyil.

Digər tərəfdən, Ayın Yer ətrafında fırlanma sürətinin getdikcə azaldığı da məlumdur. Ayın planetimizə tətbiq etdiyi qüvvə, planetimizi son 500.000 il ərzində ildə 400 dönüşdən, ildə 365 dönüşə qədər yavaşladıb. Bu səbəbdən Ay yox olsa, Yerin yavaşlamasına səbəb olan çox mühüm bir amil də ortadan qalxmış olacaq. Bu, planetimizə artıq təsir göstərməyəcək. Ancaq əgər Ay əvvəldən bəri mövcud olmasaydı, planetimizin fırlanma sürətindəki fərqlilikdən ötrü canlılar çox fərqli bir təkamül keçirə bilərdilər. Məsələn, Yer çox sürətli dönsəydi, planetimizdə çox güclü küləklərə səbəb ola bilərdi.

Son olaraq, bioloji cəhətdən yenidən baxacaq olsaq, Ayın yox olması yəqin ki, bir çox canlıya ciddi miqdarda təsir göstərəcək. Çünki bir çox məməli heyvanların gözləri Ay işığına həssas şəkildə təkamül keçirib. Buna insan da daxildir. Bu məməlilərin bəlkə bir çoxu, Ayın yoxluğundan əhəmiyyətli dərəcədə təsirlənərək həyatını itirəcək. İnsanlarda belə bir vəziyyətin olmayacağını təxmin etmək olar. Amma bizdə də çox mühüm psixoloji dəyişikliklər baş verməsi mümkündür. Ayın yox olması, gecə-gündüz anlayışları haqqında beynimizdə olan qavrayışlara təsir edəcək və hormonal dəyişikliklərə səbəb olacaq. Bu da insan davranışlarının dəyişməsi ilə nəticələnəcək.

Bütün bu dəyişikliklərin nə qədər ciddi olacağı və nələrə təsir edəcəyi məsələsində mübahisələr mövcuddur. Ayın yox olması yəqin ki, Yerdə mühüm bir çox fərqliliyə səbəb olacaq. Ancaq qiyamət carçılarının iddia etdiyi kimi, Ayın yox olmasının Yerdəki bütün həyatı dağıdacağını düşünmək, Ay ilə Yer arasında çox həssas tarazlığın olduğunu düşünmək, Ay heç olmasaydı həyatın var olmayacağını inadlı şəkildə iddia etmək açıq-aşkar məlumatsızlığın nəticəsidir. Ən sadə, okeanların diblərində yaşayan bakteriyalar və arkelər ( bunlarla olan ortaq atamız, yəqin ki, yaşayan ilk canlıdır), Ay yox olsa belə milyonlarla il heç bir şey olmamış kimi həyatlarını davam etdirib təkamül keçirməyə davam edərlər. İnsanlara emosional təsir etmək məqsədilə uydurulan bu yalanlara qarşı diqqətli olun.

 





08.12.2016    çap et  çap et