Bu gün Azərbaycanın «Qarabağ» klubu Avropa Liqasının qrup mərhələsində son oyununu keçirib.Tofiq Bəhramov adına stadionda «Fiorentina»ya qarşı keçirilmiş oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Bununla da Azərbaycan təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Bu nəticə ilə «Fiorentina» (13 xal) birinci, Çexiya «Slovan»ı ilə oyunda qələbə qazanan Yunanıstan PAOK-u (10 xal) isə ikinci pillədə 1/16 final mərhələsinə vəsiqə qazanıb. «Qarabağ» qrup mərhələsində 7 xal toplayıb.
çap et