Vaxt.Az
4 aylıq həbs
Reketlikdə şübhəli bilinən baş redaktorlar barədə qərar
Dövlət Təhlükəsizlik Xidmətinin son günlər «Azərbaycan» nəşriyyatında keçirdiyi xüsusi əməliyyatla saxlanılmış reket jurnalistlər haqqında həbs qətimkan tədbiri seçilib. Modern.az saytı xəbər verir ki, «Qafqazinfo»nun əldə etdiyi məlumata görə, «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev, «Bizim dövr» qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən şəxslər Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs ediliblər.Xatırladaq ki,
Surxay Əliyev və adamları insanların intim videogörüntülərini yaymaqla onları
şantaj etməkdə şübhəli bilinirlər. Habil Vəliyev də hədə-qorxu ilə tələb etmə
cinayəti üzrə ittiham edilir.
08.12.2016 çap et