Vaxt.Az

Bu dünyada xəstəlik ondur


 

Hamısına tək dərman var ÇUĞUNDUR

Bu dünyada xəstəlik ondur Saç tökülmələri. Sədəf xəstəliyi. Egzema xəstəliyi. Bədən qaşınmaları. Sinirləri sakitləşdirir. Ürək sağlamlığını qoruyar. Böyrəklərin fəaliyyətinə kömək edər. Bədəni qüvvətləndirər. Sidik qovucudur və qəbizliyi aradan qaldırar. Mədə və bağırsaqları qüvvətləndirər. Mədə ağrılarını və qıcqırmalarını azaldar. Şəkər xəstəliyi və vərəmə qarşı qoruyar. Yüksək təzyiqi salıcı təsirə malikdir. İştahı açar və həzmi asanlaşdırar. Xərçəngə qarşı yaxşı bir qoruyucudur. Qaraciyərin nizamlı işinə köməkçi olar və qansızlığı aradan qaldırar. Dərini də gözəlləşdirdiyi söylənilir.
Edilən bir araşdırmada gündə bir stəkan qırmızı çuğundur sununun 24 saat boyunca təzyiqi tarazlıqda saxladığı məlum  olundu. "Araşdırmada bir stəkan qırmızı çuğundur suynunu içən könüllülərin yüksək olan təzyiqlərinin bir saat sonra düşdüyü təsbit edilmişdir. Qırmızı çuğundur sununun qan təzyiqini salıcı təsirinin 3-4 saat içində zirvəyə çıxdığı və 24 saat boyunca davam etdiyi müşahidə edilmişdir". Hipertansiya xəstələri mütləq gündə 1 stəkan içməlidir.
Çuğundur Necə İstifadə edilər?
 Şəkər çuğunduru şəkər istehsalında və şəkər çuğunduru bəkməzi istehsalında istifadə edilər.
Qırmızı çuğundurun isə yeməyi, salatı və turşusu hazırlanar. Qırmızı çuğundur, tərəvəz olaraq istifadə edilməsi ilə birlikdə, müalicə məqsədiylə də istifadə edilər. Qırmızı çuğundur qaynadılıb içilsə böyrək qumlarını tökməkdə də faydalı olar. Çuğundur suyu sarılıq müalicəsində istifadə edilər. 
Qırmızı çuğundur suyu necə hazırlanar?
Qırmızı çuğunduru, bir  gecə əvvəldən, sirkəli suya qoyub, saxlayın. Səhər, çuğunduru qaynar suya qoyaraq, 3 dəqiqə kimi qaynadın. Bir müddət dəmləndirdikdən sonra, sununu süzün və şüşə bir qaba qoyun. Bu suyu 3 həftə boyunca, gündə 3 dəfə ac qarınına içilir
Diqqət şəkər xəstəsi olanlara zərərli!
Bu qədər müsbət təsirinin yanında şəkər çuğundurunun təhlükəli olduğu vəziyyətlər də var! Şəkər xəstəliyinə qarşı qoruyur ancaq artıq şəkər xəstəsi olanlara tərkibində yüksək şəkər olduğu üçün zərərli. Şəkər xəstələri qırmızı çuğunduru qəbul etməməlidirlər!
Yüksək təzyiqi olanlar az miqdarda qəbul edə bilər.
 





20.04.2013    çap et  çap et