Nyu-Yorkun NYMEX əmtəə birjasında «WTI» markalı neftin yanvar fyuçersləri 1,28 faiz artaraq bir barel üçün 51,49 dollar təşkil edib.
«Westbeck Capital Management» analitiklərinin rəyinə görə, OPEK-in hasilatın məhdudlaşdırılması barədə razılaşması sayəsində 2017-ci ildə neftin qiyməti bir barelə görə arada 50 dolları ötməklə 55-65 dollar arası dəyişəcək.
Şənbə günü keçiriləcək Vyana görüşündə dəvət olunan 14 ölkədən Azərbaycan da daxil olmaqla 9 dövlət, o cümlədən Rusiya, Qazaxıstan, Meksika və Oman iştirak edəcəyini təsdiqləyib.