***
23:56 (10.12.2016)
Bir az əvvəl «Beşiktaş»ın «Bursaspor»la oynadığı «Vodafone Arena» stadionun qarşısında 10 saniyə içində iki güclü partlayış törədilib.
Strateq.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu deyib ki, partlayış nəticəsində onlarla yaralı var:
«İlkin məlumata görə, 10 saniyə ərzində iki ardıcıl partlayış olub. Yaralı polisimizin verdiyi məlumata görə, hadisə nəticəsində onlarla çox insanımız yaralanıb. Hadisə ilə bağlı baş nazirimiz məlumatlandırılıb. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub».
İlkin məlumata görə, terror hadisəsi PKK terrorçuları tərəfindən partlayıcı maddələr yüklənmiş maşınlarla törədilib.
Onu da bildirək ki, hadisə yerindən canlı yayım dərhal qadağan edilib.