Vaxt.Az

Üzüm ayağının altına...


 

Hər gün bir kasa üzüm nəyə xeyirlidir?

Üzüm ayağının altına... Üzüm: A,B1,C,E vitaminləri, dəmir, kalsium, kalium, natrium, maqnezium və fosfor kimi vitaminlər və minerallar baxımından olduqca zəngin bir qidadır. Sağlamlıq problemlərində faydası isə ən az məzmunu qədər çoxdur. Qida və Pəhriz Mütəxəssisi Çiğdem Bölük Öngüner, üzümün möcüzəvi təsirlərini izah etdi.
Üzüm xərçəngə qarşı qoruyur
Üzümün ən əhəmiyyətli xüsusiyyəti, çox güclü bir antioksidan olmasıdır. E vitaminindən 50, C vitaminindən isə 30 qat daha çox antioksidan təsir göstərməkdədir. Bilinən bütün meyvələr içində ən güclü antioksidandır. Bu yönü ilə də xərçəngə qarşı qoruyucudur. Xüsusilə qara üzümün qabığında və nüvəsində antikansorejen və antioksidan xüsusiyyət daşıyan maddələr var. Araşdırmalar bu maddələrin beyin hüceyrələrini qoruduğunu göstərməkdədir.
Xolesterolu tarazlayır
Üzüm ürək-damar sağlamlığı baxımından da olduqca faydalıdır. Yüksək xolesterol problemi yaşayanlara xolesterol salıcı olaraq təklif edilməkdədir. Resveratrol, qan damarlarını və kapilyar damarları gücləndirərək damarları qorumaqdadır. Beləcə damar sərtliyini önləyərək, həm infarkt riskini həm də yüksək təzyiq çətinliyini azaltmaqdadır.
Üzüm dərinin yaşlanmasını gecikdirir
Üzümdə olan flavanoidler dəridəki kollagen və elastin toxumalarını qoruyaraq, erkən yaşlanmanı gecikdirir, dərinin möhkəm və elastik olmasını təmin edir. Hüceyrə yeniləyici təsiri ilə dərinin gözəlləşməsinə köməkçi olarlar. Üzüm antihistaminik xüsusiyyətdə daşımaqdadır. Üzüm nüvəsi histamin sekresiyasını azaldaraq allergiyaya qarşı önləyici təsir göstərir.
Saçları gücləndirir
Flavanoidler, saç hüceyrələri üzərində də təsirlidir. Platelet agregasyonunu maneə törədərək iflicə qarşıda qoruyucu təsir göstərməkdədirlər.
Diqqət əskikliyinin dərmanı
Üzüm nüvəsi istifadəsi dəri xəstəliklərinə yaxşı gəlməkdədir. Edilən işlər, üzüm istehlakının uşaqlarda diqqət əksikliyi-hiperaktiv problemlərinədə faydalı olduğunu göstərməkdədir. Üzüm antioksidan və dəmir tərkibli meyvə olması səbəbiylə yorğunluğun aradan qaldırılmasında təsirlidir və unutqanlığa qarşı da qoruyucudur. Eyni zamanda üzüm istehlakı C vitamininin təsirini də artırmaqdadır. Qan quruluşu xüsusiyyəti ilə üzüm qan azlığına da yaxşı gəlməkdədir. 
Hər gün 1 kasa üzüm stressi azaldır
Üzüm həzmi asanlaşdırıcı və qəbizliyi aradan qaldırıcı təsir göstərir. Üzümün, təzə olaraq gündə bir orta boy kasa qədər (200qr) və ya quru olaraq 1 qəhvə fincanı istehlak edilməsi, yorğunluğun aradan qaldırılmasına və stressin azalmasına köməkçi olmaqdadır.
Unudulmamalıdır ki; Üzüm şəkər tərkibli  bir qidadır. Buna görə şəkər xəstələri üzüm tükətərkən miqdarlarına diqqət yetirmələri lazımdır.
 





02.09.2013    çap et  çap et