Məlumata görə, dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər. Hadisə baş verən vaxt kilsədə yüzlərlə dindar olub.Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.
Digər Afrika ölkəsi Keniyada isə neft daşıyan maşının minik avtomobili və mikrovtobusla toqquşması nəticəsində 40-a qədər adamın həlak olduğu xəbər verilir. Hadisə paytaxt Nayrobidən 80 km məsafədə şosedə baş verib. Qəza nəticəsində mikroavtobus da daxil olmaqla, 12 nəqliyyat vasitəsi yanıb. Ölənlər arasında 3 polis əməkdaşı var. Yük maşını Uqandaya neft aparmaq üçün yola çıxıbmış.