Gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütünundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.
Bölgələrdə hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.