Vaxt.Az

«Reketlər vəzifəlilərin uşaqlarını şantaj ediblər»


 

Mədət Quliyevdən sensasion açıqlama

«Reketlər vəzifəlilərin uşaqlarını şantaj ediblər» «Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar». Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, onlar müəyyən vəzifəli şəxslər, onların övladları ilə bağlı qeyri-qanuni çəkilişlər aparıb, pul tələb ediblər.

«Bununla bağlı cinayət işi başlanılıb. DTX tərəfindən bu işə hüquqi qiymət veriləcək», - deyə M.Quliyev qeyd edib.

Xatırladaq ki, ötən həftə DTX «Bizim dövr» qəzetinin redaktoru Surxay Əliyevi və onun müavinini, habelə «Gündəlik Bakı» qəzetinin redaktoru Habil Vəliyevi həbs edib. DTX-in açıqlamasına görə həmin şəxslər gizli videoçəkilişlər aparmaqla və digər qeyri-qanuni yollarla şantajla məşğul olub, hədə-qorxu yoluyla şantaj olunan  şəxslərdən pul qoparıblar.

 





12.12.2016    çap et  çap et