Bildirilir ki, bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarları ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir. Məlumata əsasən həmsədr Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
O, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.
«Bakıya bugünkü səfəri zamanı səfir Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliyini bir daha bildirib», – deyə kommunikedə qeyd edilir.