Vaxt.Az
Xoşbəxt ailənin sirləri...
Bunun əsas şərti qarşılıqlı hörmətdir
Evlilikləri davamlı etmək artıq o qədər çətinləşdi ki... Nə köhnə evliliklərin dadı var, nə də illər boyunca sürən xoşbəxt evliliklər. Boşanma ədədləri hər keçən il artan ölkəmizdə, bu evlilikləri uzatmaq üçün təkliflər paylaşmaq istədik.
«40 ildir evliyik» deyərkən gözlərinin içi gülən qadınları gördüyünüzdə siz də qibtə edərək baxırsınız deyilmi? Evlilik, doğru həyat yoldaşı tapdığınız zaman nağıllarda yaşayırmış kimi hiss etmənizi təmin edər. Yoldaşınıza qarşı olan davranışlarınız da xoşbəxtlikdə son dərəcə həlledici ola bilir.
Hörmət edin!
Uzun ömürlü bir evliliyin ilk şərti hörmətdir. Həyat yoldaşınıza hörmət edə bilərsiniz. Bəs həyat tərzinə, bəyənmələrinə, zövqlərinə, qaydalarına hörmət edirsinizmi? Əgər cavabın «bəli» isə evliliyinizin uzun sürəcəyinə əmin ola bilərsiniz. Ancaq «xeyr» deyirsinizsə davranışlarınızı nəzərdən keçirmənizin vaxtı gəlmiş deməkdir.
Keçmişi xatırlamayın!
Cütlər evlilik qərarı almadan əvvəl yaxşı ya da pis bir çox yaşanmışlığa sahib ola bilirlər. Yoldaşınızın keçmişində etdiyi səhvləri hər fürsətdə dilə gətirmək evliliyinizin riskə girməsindən başqa bir qazanc verməyəcək. Yoldaşınıza xatırlamaq istəmədiyi xatirələri də daxil olmaq üzrə davamlı keçmişi xatırlatmayın. Əksinə unutmasını təmin etməlisiniz.
Sevildiyini bilməli!
Qadınlar sevgilərini yoldaşlarına müəyyən etməkdən çəkinirlər. Hər nədənsə kişilərin çox sevildiyini anlarsa özünü «çantada kəklik» olaraq görə biləcəyi kimi səhv inanclar evliliklərdə yoldaşların arasına buz kütlələrinin girməsinə dəvətnamə yollayar. Yoldaşınıza onu sevdiyinizi mütləq müəyyən edin və hətta bunu dilə gətirin. Yoldaşınız sevildiyini bilməli.
Paylaşıma önəm verin!
Yaşadıqlarınızı yoldaşınızla paylaşmağa diqqət edin. Əlbəttə ən kiçik hadisələri belə anlatmanızdan söz etmirik. Ancaq hadisələr qarşısında nə hiss etdiyinizi ya da hadisələrə baxış bucağınızı yoldaşınızla paylaşmaqdan çəkinməyin. Bunu etsəniz qısa müddətdə yoldaşınızın də sizinlə daha çox paylaşım etdiyini görəcəksiniz.
P.S. Mənim fikrimcə isə ailənin uzun müddətli və xoşbəxt olması üçün hər iki tərəf əlindən gələni etməlidir. Tək çiyin üzərində ailə daşınmaz. Hərçənd bu ağırlıq çox zaman qadınların üzərinə düşür...
12.06.2013 çap et