Kansler Angela Merkelin mühafizəkar Xristian Demokratik İttifaqı (CDU) partiyasının deputatı Volfqanq Bosbaç (Wolfgang Bosbach), Almaniya seçkilərinin «xarici manipulyasiya» təhlükəsində olduğunu deyib.
Xəbərdarlıqlar, Demokratlar Partiyasının həssas sənədlərini sızmaqda ittiham edilən rus hakerlərin ətrafında ABŞ-da yaranmış narahatlıqların ardınca bəyan edilib.
Həmçinin keçən il Almaniya parlamentinə yönəlik haker hücumunun Rusiya tərəfindən həyata keçirildiyi iddia edilir.
Adı çəkilməyən bir Almaniya təhlükəsizlik rəsmisi «Wikileaks» tərəfindən iki həftə əvvəl dərc edilən məxfi sənədlərin bu kiber hücumdan əldə edildiyini deyib.