Tramp öz aktivlərinin idarə olunmasını oğullarına həvalə etmək fikrindədir. «Hərcənd qanun üzərimə belə bir məsuliyyət qoymasa da, bütün diqqətimi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə yönəltmək imkanı əldə etmək üçün yanvarın 20-dək biznesdən gedəcəyəm. Onu iki oğlum – Don və Erik, həmçinin menecerlər idarə edəcəklər», – Donald Tramp belə yazıb. O, əlavə edib ki, dövlət başçısı postunda olduğu müddətdə heç bir yeni sövdələşmə bağlamayacaq.
Donald Trampın ilkin varidatı ona ikinci Dünya müharibəsi ərəfəsində Nyu-Yorkun Bruklin və Kuins rayonlarında ucuz mənzillər tikməyə başlayan atasından irsən qalıb. Oğul istiqaməti vaxtında dəyişib və dünyanın hər yerində bahalı ofis binaları, otellər, kazinolar və qolf-klublar tikməyə girişib. Onun tikinti imperiyasının flaqmanı Manhettenin mərkəzindəki «Trump Tower» hesab olunur. «Trump Organization» ailə kompaniyasının mənzil-qərargahı bu binada yerləşir.
KİV-də Donald Trampın sərvətinə dair fərqli informasiyalar yer alır. Forbes jurnalının məlumatına görə, onun varidatı 3,7 milyard dollardır. Fortuna jurnalı bu rəqəmin 3,9 milyard dollar, «Bloomberq» isə 3 milyard dollar olduğunu bildirir.