ABŞ-ın bu addımı, Rakka əməliyyatının ikinci mərhələsi üçün atdığı bildirilir. Göndərilən silahlar arasında stinger (daşınan hava müdafiə raketləri) mərmiləri və zirehli vasitələrə qarşı istifadə edilə biləcək raketlər olduğunu da etiraf edən bir səlahiyyətli, ABŞ-ın Suriyada YPG-yə söykənən etibarlı bir bölgə meydana gətirməyi planladığını söyləyib. ABŞ-ın büdcə layihəsində Suriyadakı müxaliflərə, daşınan hava müdafiə raketlərinin (stinger) verilməsinə icazə verilir. Qeyd edək ki, YPG-yə göndərilən silahların 7 helikopter olduğu bildirilir.