Vaxt.Az

Az kalorili noxud və mərci salatı


 

Dieta saxlayanların əvəzolunmaz qidası

Az kalorili noxud və mərci salatı Diyeta saxlayanların nəzərinə! Bu az kalorili və praktik salat sizi həm doyduracaq, həm də ləzzətiylə həzz alacaqsınız.
Vəsaitlər:
1 çay yaşıl mərci
½ çay stəkanı noxud
Təzə və ya qurudulmuş pomidor
1 ədəd balaca soğan
1 çay qaşığı zeytun yağı
Quru nanə, kəklik
Limon və nar suyu 
(istəyə görə nar dənələrini də əlavə edə bilərsiniz)
Hazırlanması: 
Yaşıl mərci və noxud qaynadılıb, soyudulur, suyu süzülür. Üzərinə istədiyiniz qədər təzə pomidor və soğan incə-incə doğranılaraq əlavə edilir.
Son da olaraq zeytun yağı, limon və nar suyu (nar dənələri), kəklik və nanə bir kiçik qabda qarışdırılaraq salata əlavə olunub süfrəyə verilir.
Nuş olsun!
 





13.05.2013    çap et  çap et