Azərbaycandan bu şirkətlə təması olanlar arasında «Bakı Quşçuluq», «İmişli Quşçuluq», «Saba» ASC, «Abşeron» MMC, «Şəfalı Broyler», «İsmayıllı Quşçuluq», «Buzovna Broyler», «Dəvəçi Quşçuluq», «Aqrolizinq» QSC, «Şəmkir Quşçuluq», «İspanyol» ticarət mərkəzi, «Hacıqabul Quşçuluq», «Siyəzən Broyler» və digər şirkətlərin adlarının olduğu ortaya çıxıb.
Məlumatlara görə, bu şirkət ən çox «Qaradaşlı» Broylerlə əlaqə qurub.
Bu şirkətlər «Emre Piliç»dən əsasən damazlıq yumurta alırlar.
Əslində, erməni biznesmenlərin Azərbaycana qida məhsulları ixrac etmələri adi görünərdi. Ancaq bir erməni həkiminin nə qədər azərbaycanlı xəstəni öldürdüyü kimi acı olaylar da var. Bu prizmadan yanaşdıqda kim təminat verə bilər ki, Azərbaycana yumurta satan erməni biznesmen xəstəlik də göndərmir.
Maraq doğuran məsələ odur ki, belə məsələlərə necə nəzarət edilir. Başqa tərəfdən, ödədiyimiz valyutaya hesabına Ermənistana silah göndərilməsi də mümkün olan variantdır. O silahlar isə cəbhə boyu mülki Azərbaycan vətəndaşlarına, Öz torpağını qoruyan Azərbaycan əsgərinə tuşlanıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, bu məhsulların Azərbaycana haradan, hansı dövlət vasitəsilə gətirilməsi araşdırılmalıdır: «Ola bilər ki, birbaşa ticarət əlaqələri olmayan ölkədən ixrac olunsun. Yəni Türkiyə vasitəsilə ölkəmizə daxil ola bilər. Çünki bir neçə dəfə belə hallar baş verib. Bu kimi halların qarşısının alınması üçün lazımi addımlar atılıb. Ümumiyyətlə, belə hallar olmamalıdır. Çünki Azərbaycan torpağının 20 faizini işğal edən, 1 milyon 200 minə yaxın əhalisinin qaçqın düşməsinə səbəb olan ermənilərin ortaq olduğu şirkətin məhsullarının bazara daxil edilməsi yolverilməzdir və qarşısı alınmalıdır».
V.Əhmədov məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən lazımi tədbirlər görüləcəyinə əminliyini vurğulayıb:
«Xüsusilə bu kimi hallar mətbuat səhifələrinə çıxarıldığı, ictimailəşdirildiyi zaman daha effektiv nəticələr əldə edilir.
Bununla yanaşı qeyd etməliyəm ki, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və başqa qurumlar bütün mal-məhsulu sərhəddən yoxlayıb buraxırlar.
Amma bəzən bir varianta da əl atırlar. Belə ki, bəzi işbazlar erməni malını Türkiyə adı, etiketi ilə Azərbaycana gətirib satırlar. O zaman onun müəyyənləşdirilməsi çətin olur».
Gətirilən mal-məhsulun keyfiyyəti, təhlükəsizliyilə bağlı məsələyə gəlincə, parlament üzvü bildirib ki, hər şey ola bilər:
«Çünki bu, ermənidir, nə edəcəyi bəlli deyil. Biz hər şeyə hazır olmalıyıq. Bununla yanaşı qeyd edim ki, sərhəddə bizim bütün müasir avadanlıqlarımız, aparaturamız var. Orada Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzarət mexanizmi tətbiq edilir. Hətta erməni məhsulları Türkiyə vasitəsilə Azərbaycana daxil olsa belə, onun təhlükəsizliyinə nəzarət var, amma bu, yolverilməzdir və qarşısı mütləq şəkildə alınmalıdır».
P.S. Mövzunu araşdıracağıq. Türkiyədən də rəsmi rəy öyrəniləcək.