Bunu «Aravot» qəzetinə müsahibəsində «DQR prezidenti»nin mətbuat katibi David Babayan təsdiq edib. O, Azərbaycanı Ermənistana və Dağlıq Qarabağa qarşı «hibrid müharibə» aparmaqda günahlandırıb: «Son həftələrdə Azərbaycan bizə qarşı informasiya müharibəsi elan edib. Onlar bizim kütləvi informasiya vasitələrinə müdaxilə etməyə çalışır, insanların psixologiyasına təsir edirlər, müharibənin hibrid formalarının müxtəlif formalarından fəal şəkildə istifadə edirlər».
D.Babayanın sözlərinə görə, Ermənistanın xüsusi xidmət orqanları hazırda L.Nersisyanı Azərbaycan KİV-də çıxış etməyə və Bakı sülhməramlı deklarasiyasını dəstəkləməyə vadar etmiş xüsusları araşdırırlar.