Əsəd isə Rusiya mətbuatına müsahibəsində deyib ki, onun ordusu ancaq terrorçuları vurur: «Mülki əhalini biz yox, terrorçular öldürürlər. Qərb isə əsassız olaraq bizi ittiham edir».
Dünya mediası isə vəziyyətin Əsədin dediyi kimi olmadığını iddia edib. Bildirilir ki, Əsəd ordusu müxalif döyüşçü və mülkü əhalinin şəhərdən çıxarılmasına imkan verməyiblər.
Xatırladaq ki, iki gün əvvəlki razılaşmaya görə, Hələbdəki müxalif döyüşçülər və mülkü əhali açılacaq dəhlizlə İdlib şəhərinə çəkiləcəkdir.
Ancaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına görə, İran dəstəkli şiə qüvvələri və Əsəd ordusu atəşkəsin pozulmasında əsas rol oynayaraq, razılaşmanı pozublar.
Az əvvəl Türkiyəli nazir bununla bağlı Rusiyalı həmkarı Lavrovla durumu müzakirə etsələr də, atəşkəsi dayandırmaq mümkün olmayıb.