Vaxt.Az
Sim-Sim kababının tilsimi
Baksell və Nar şirkətinin əməkdaşları bunu oxumasın!
sofra.com.tr-yə istinadən Sim-Sim kababının hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
100 q dana əti
100 quzu əti
2 badımcan
lavaş
1 ç.q. kərə yağı
1 x.q. soya sousu
1 ç.q. küncüt
duz
əlavə:
qatıq
közlənmiş pomidor və acı istiot
Ətləri iri bıçaqla yaxşıca döyün (xırdalayın). Duz vurub yoğurun. Enli kabab şişlərinə çəkin. Manqalda bişirin. Əgər manqal və ya şişiniz yoxdursa, o zaman əlinizlə lülə-kabab şəkli verərək siniyə düzüb sobada bişirin.
Badımcanı közləyib qabığını soyun, xırda doğrayın. Yuxanı açıb badımcanı 3 sm qalınlıqda içinə yayın. Bişmiş əti üstünə qoyub rulet kimi bükün. Sonra bərabər dilimlərə doğrayın. Siniyə düzün. Kərə yağını əridin, soya sousu ilə birlikdə üzərinə gəzdirin, küncüt səpin. Sobada bir neçə dəqiqə bişirin.
Qatıq, közlənmiş pomidor və acı istiotla birlikdə süfrəyə verin.
Nuş olsun!
22.09.2013 çap et