Çıxışında Suriya və onun müttəfiqləri Rusiya və İrana irad tutaraq, ABŞ səfiri Samanta Povel (Samantha Powell) bu sözləri deyib: «Sizin həqiqətən də xəcalət çəkməyə qabiliyyətiniz yoxdur? Sizi həqiqətən də heç bir şey utandırmır? Dinc əhaliyə qarşı törədilən hər bir vəhşilik, bir uşağın edamı, sizi həqiqətən narahat etmir, tüklərinizi ürpətmir?»
Samanta Povelin çıxışına qəzəblənən Rusiya səfiri Vitali Çurkin öz növbəsində ABŞ-ın «keçmiş hərəkətlərini» xatırladıb: «O elə bilir ki, Tereza anadır. Xahiş edirəm siz hansı ölkəni təmsil etdiyinizi yadınıza salasınız. Öz ölkənizin hərəkətlərini yadınıza salın və bundan sonra mənəvi üstünlük mövqesindən çıxışınızı edin».
Təcili sessiyada, Vitali Çurkin Təhlükəsizlik Şurasına şərqi Hələbdən üsyançı qüvvələrinin və dinc əhalinin Rusiya və Turkiyənin səyləri ilə əldə edilən razılıq nəticəsində təxliyə ediləcəyini bildirib.
Təxliyənin başlanması yerli vaxtla saat 03:00-ə təyin edilsə də, yeni hökumətin tələblərinə görə təxirə salınıb. Lakin atəşkəs rejimi hələ də qüvvədədir.