Restoran işçiləri hərfləri kimin götürdüyündən xəbərdar olmadıqlarını bildiriblər.
NKVD, Sovet KQB gizli polisinin sələfi hesab olunur. 1930 və 1940-cı illər arasında NKVD, əksəriyyətinin qətli ilə nəticələnən milyonlarla insanı həbs edib.
Restoranda Sovet diktatoru İosif Stalinin böyük portreti asılıb.
Stalinin şəkili həmçinin, restoranın menyusunda da əks olunub, lakin BBC çərşənbə axşamı günü restorana baş çəkərkən işçilərdən biri ona menecerin menyuları "lövhə geri vurulanadək" yığışdırmasını istədiyini deyib.
«Divara baxın, lövhə təzəlikcə qopardılıb», adını bildirməyən bar işçisi deyib.
Restoran Kremldən və köhnə gizli polis binasının yaxınlığında - Ostojenka küçəsində yerləşir.
«NKVD» mübahisəsi, «Rossiya 24» dövlət kanalının «Vesti» televiziya xəbərlər verilişində də təqdim olunub.
İşçilər BBC-ə bildiriblər ki, hərflərin ruscadan açıqlaması «böyük gücün milli mətbəxi» mənasını verir, Stalinin gizli polisinin yox.
Barın işçisi «NKVD» adını müdafiə edib.
«Həqiqətən ümid edirəm ki, lövhə yenidən asılacaq. Niyə də yox? İnsanlar niyə NKVD olduğunu sual edir, amma niyə də yox? Bu Gestapo deyil, NKVD-dir», o deyib.
Lakin bəzi rusiyalılar bunu, tarixi eyniadlı hissəsini təmizə çıxarmaq və sonsuz Stalin qurbanlarına qarşı təhqir kimi qiymətləndiriblər.