Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-də eniş bir az da artaraq müvafiq olaraq, mənfi 3,9 faiz və mənfi 5,6 faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görünür. Yeri gəlmişkən onu da qeyd edək ki, dünən Federal Ehtiyyat Sistemi (FED) uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb.