Vaxt.Az

Dollarla bağlı gözlənilən qərar


 

FED faizi qaldırdı

Dollarla bağlı gözlənilən qərar Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25-0,50 faiz artırıb.

Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq.


***


ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı  sarsıntı gözləmir.

Bunu FED-in rəhbəri Canet Yellen bəyan edib.

«Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir. Onun bazar kurslarına təsiri yalnız cüzi ola bilər», – deyə C.Yellen bildirib.

 





14.12.2016    çap et  çap et