Vaxt.Az

Ehtiyatlı olun!


 

Android istifadəçilərinə xəbərdarlıq

Ehtiyatlı olun! Android üçün yeni Copycat App zərərverici proqram təminatı aşkar olunub. Bu barədə məlumat verən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib ki, zərərvericinin qurbanları Cənub Şərqi Asiyanın 9 ölkəsindən olan istifadəçilər olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Android istifadəçiləri üçün nəzərdə tutulan yeni fırıldaqçı proqram təminatını nəhəng mobil internet provayderlərindən biri olan NQ Mobile şirkətinin tədqiqatçıları üzə çıxarıblar:
Yükləndikdən sonra Copycat özünü məşhur tətbiqetmə olan NetDragon 91 Assistantın yenilənməsi kimi tanıdır. İstifadəçi bu proqram təminatını yükləyərkən ixtiyari olaraq qurğuya proqram təminatı yüklənir ki, bu da istifadəçi məlumatlarının oğurlanmasına gətirib çıxarır. Bu zərərverici istifadəçinin razılığı və xəbəri olmadan ödənişli xidmətlərdən SMS vasitəsilə istifadə edir.
 





19.10.2013    çap et  çap et