Bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, istənilən ölkə bazara daxil olarkən təchizatçını sərbəst seçməli, qiymət amili əsasında qərar verə bilməlidir.
«Biz arzu edirik ki, Xəzər dənizinin ehtiyatları Avropa bazarına çıxa bilsin. Əminik ki, bu, baş verəcək», – deyə xüsusi elçi qeyd edib.