Həmin mərasimi izləyən jurnalistlərdən birinin virtualaz.org-a bildirdiyinə görə KİV nümayəndələri bunu fürsət bilib Abid Şərifovdan Xəzərdə baş vermiş faciə-estakadanın uçması və 10 neftçinin itkin düşməsi ilə bağlı da soruşublar. Lakin belə məlum olub ki, baş nazirin müavininin heç bu hadisənin baş verməsindən xəbəri yoxmuş. «Nə vaxt olub, mənim xəbərim yoxdur» - Abid Şərifov təəcüblə jurnalistlərə cavab verib.
Xatırladaq ki, Abid Şərifov baş nazirin müavini kimi həm də fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını kurasiya edir.