Vaxt.Az

Super smartfon hazırlanır


 

Texnologiya təsvir ölçüsünə və aşağı enerji sərfiyyatına malik olacaq

Super smartfon hazırlanır Vivo ticarət markası ilə smartfonlar istehsal edən Çinin BBK şirkəti Xplay3S aparatının tizerini internetdə yerləşdirib. Onun əsas üstünlüyü bu cür qurğular üçün rekord təsvir ölçüsünə (2560x1440) malik ekran olacaq. Diaqonal barədə məlumat yoxdur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, təxminlərə əsasən, Vivo Xplay3S smartfonu 2,3 QHs takt tezlikli Qualcomm Snapdragon 800 prosessoru ilə təchiz ediləcək və LTE şəbəkələrini dəstəkləyəcək. Yeni cihazın texniki xüsusiyyətləri haqqında başqa informasiya məlum deyil.
Xatırladaq ki, bu ekran cari ilin yazında Qualcomm şirkəti tərəfindən nümayiş olunub. O zaman istehsalçı 2560x1440 nöqtə təsvir ölçüsünə və 576 piksel sıxlığına malik 5.1 düymlük diaqonallı ekran nümayiş etdirmişdi. Təqdim edilən texnologiya aşağı enerji sərfiyyatına malikdir.
 





19.10.2013    çap et  çap et