Antikollektorun köməyi ilə vətəndaş əmrin ləğv edilməsinə, sonra isə öz xeyrinə qətnamənin qəbul edilməsinə nail olub. Belə ki, Nəsimi rayon məhkəməsinin hakimi Pərviz Hüseynovun 10 noyabr 2016-cı il tarixli Qətnaməsində dollarla satış Konstitusiyanın 19-cu maddəsinə və Mülki Məcəllənin 439-cu maddəsinə əsasən qanunsuz hesab edilib. Qətnamədə göstərilir ki, vətəndaşın borcu 949 manat olsa da, o, artıq 1025 manat ödəmişdir. Yəni vətəndaş dükana deyil, dükan vətəndaşa borcludur.
Beləliklə, dəfələrlə dediyimiz təsdiqini tapdı: kredit və əmanət müqavilələrindən başqa heç bir müqavilədə (alqı-satqı, xidmət, iş, icarə və s.) qiymət birbaşa və ya dolayısı ilə xarici valyutada göstərilə bilməz. Belə hallarla rastlaşdıqda mübarizə aparın, haqqınızı tələb edin! Önəmlisi həm də odur ki, bu işdə Antikollektor vətəndaşı təmsil etməyib, sadəcə müvafiq sənədlərin hazırlanmasında kömək edib və təlimatlandırıb. Vətəndaş da özü işi udub! Banklara qarşı işlərdə də vətəndaşlar belə fəal olsalar, mütləq güzəştə gedəcəklər. Çünki çoxlu sayda və uzunmüddətli məhkəmə işlərinin aparılmasına qadir deyillər. Onları sadəcə çərlətmək lazımdır…