Vaxt.Az

Samsung Galaxy S4 rekord vurdu


 

Son ayda 5 milyon qurğu satışı az hesab olunur

Samsung Galaxy S4 rekord vurdu Counterpoint Technology Market Research analitik şirkətinin məlumatına görə, cari il avqustun yekununa görə, Samsung Galaxy S4 dünyanın ən çox satılan smartfonu olub. Belə ki, yay fəslinin son ayında təxminən 5 milyon qurğu satılıb ki, bu da ötən ayla müqayisədə azdır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bestsellerlər siyahısına, həmçinin Galaxy Note 2 və Galaxy S3 daxildir.
Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Samsung 2014-cü ilin yanvarında Galaxy S5 smartfonunu elan edəcək. Yeni liderin belə tezliklə çıxarılması istehsalçının Galaxy S4 smartfonunun satış göstəricilərindən narazılığı ilə izah edilir.
 





17.10.2013    çap et  çap et